"Bavariya"nın müdafiəçisi Premyer Liqa klubuna keçir

17:50 - 25 İyul 2024

"Bavariya"nın müdafiəçisi Nussair Mazraui karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Vest Hem" 26 yaşlı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

London təmsilçisi mərakeşli sağ cinah müdafiəçisi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Vest Hem" Münhen klubuna 15+4 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Bavariya" Nussair Mazrauini 2022-ci ilin yayında "Ayaks"dan transfer edib. Təcrübəli arxa xətt oyunçusu ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 4 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti