"Napoli"ni Premyer Liqa klubuna dəyişdi

13:48 - 26 İyul 2024

İngiltərənin "Everton" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Napoli"dən Yesper Lindstremi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Danimarkalı vinger 2024/2025 mövsümünü "Everton"da keçirəcək.

Qeyd edək ki, "Napoli" Yesper Lindstremi 2023-cü ilin yayında "Ayntraxt"dan transfer edib. 24 yaşlı futbolçu Neapol təmsilçisinin heyətində 29 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti