AFFA Hakimlər Komitəsinin rəhbəri vəzifəsinə növbəti namizəd

13:18 - 24 İyul 2024

Barış Şimşəkin AFFA Hakimlər Komitəsinin sədri postundan ayrılmasından sonra federasiya rəhbərliyi bir neçə mütəxəssislərlə danışıq aparır.

Hələ ki, federasiya heç biri ilə razılıq əldə etməyib.

Sportal.az saytına verilən məlumata görə, AFFA rəhbərliyinin bu postu Vüsal Əliyevə tapşıra biləcəyi gözlənilir.

Məsələ burasındadır ki, axtarışlar nəticə verməsə, federasiya rəhbərliyi AFFA Hakim-İnspektorlar Komitəsinin rəhbərinə təklif göndərəcək.

Yaxın günlərdə bu məsələnin həll olunacağı gözlənilir.

Xəbər xətti