"Neftçi"nin ərəblərlə oyunu ləğv olundu

14:58 - 25 İyul 2024

Türkiyənin Erzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin dördüncü yoxlama oyunu ləğv olunub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb rəqib komanda “Əl-Oruba”nın (Səudiyyə Ərəbistanı) matçdan imtina etməsidir.

Əvəzində, “ağ-qaralar” ikitərəfli oyun keçirəcək.

Qeyd edək ki, Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor”a (2:1) və “Erzurumspor” (0:0) klubları ilə sınaq matçında qarşılaşmış "Neftçi" toplanışı başa vuraraq sabah Bakıya qayıdacaq.

Xəbər xətti