"Səbail" israilli yarımmüdafiəçi transfer etdi

19:50 - 25 İyul 2024

Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Son klubu “Hapoel Akko” (İsrail) olan Gitay Sofirlə 1 illik müqavilə imzalanıb. 24 yaşlı israilli yarımmüdafiəçi "Səbail"də 5 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Səbail" bu yay Fərid Nəbiyev, Nihat Quliyev, Vüsal Məsimov, Amir Bilali, Dmitri Litvin, Qorka Laruçça, Mert Çelik, Gülağa Əsədov, Əlirza Müştəbəzadə və Ayman Bualini də transfer edib.


Xəbər xətti