Xorvatiya mətbuatı "Dinamo"nun azərbaycanlı hücumçusu Mahir Emrelinin Almaniyanın “Nürnberq” klubuna mümkün transferi ilə bağlı yaranmış vəziyyətdən yazıblar.
Sportal.az xəbər verir ki, “Germanijak” portalı Emrelinin İkinci Bundesliqa klubuna keçidinin mürəkkəbləşməsini qeyd edib:
"Azərbaycan millisinin futbolçusu uzun müddətdir ki, gələcəyi üçün çarə axtarır və hazırda ona ən yaxın gələn “Nürnberq”dir. Emreli "Nürnberq" üçün Almaniyaya yollanmışdı və tibbi müayinədən də keçmişdi. Bu klubla müqavilə imzalamalı idi. Amma aydındır ki, məsələ mürəkkəbləşib və forvard hələ də gözləyir. Lakin etibarlı məlumata görə, “Nürnberq” azərbaycanlı hücumçu üçün hələ də ən yaxın variantdır. Hər kəs transferin baş tutacağına inanır".
27 yaşlı futbolçunun “Dinamo” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2022-ci il fevralın 2-də “Legiya”dan Xorvatiya nəhənginə keçmişdi.
saytlarin hazirlanmasi