Azərbaycan klubunun legioneri paylaşım etdi - Braziliya millisinin sabiq üzvü cavabsız qoymadı

15:34 - 25 İyul 2024

"Araz-Naxçıvan"ın futbolçusu Vanderson Melo instaqram hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Türkiyə toplanışı zamanı "Antalyaspor"un çalışdırıcısı Aleks De Souza ilə görüşüb və onunla xatirə fotosu çəkdirib.

Vandersonun paylaşımına isə Braziliya millisinin sabiq üzvü cavabsız qoymayıb:

"10 ildən sonra maestro ilə yenidən maestro Aleks De Souza ilə yenidən görüşdüm".

Aleks isə Vandersonun paylaşımına bu cür cavab yazıb: "Səni yenidən görməkdən məmnunam. Sən və komandan üçün əla mövsüm olsun".

Əlavə edək ki, Vanderson Alekslə “Koritiba”da birlikdə oynayıb. Aleks De Souza karyerası ərzində "Parma", "Kruzeyro", "Palmeyras", "Fənərbaxça", "Koritiba" klublarında oynayıb. O, bu il "Antalyaspor"a baş məşqçi təyin edilib. Vanderson isə karyerasına "Koritiba"da başlayıb və daha sonra "Eskilstuna", "Vitebsk", "Çernomorets"(Odessa), "Panejevis" klublarının formasını geyinib.

Mirbağırağa

Xəbər xətti