Millimiz Ermənistanı məğlub etdi

18:28 - 25 İyul 2024

Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunda millimizin sonuncu qrup oyunu baş tutub.

Sportal.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin rəqibi Ermənistan seçməsi olub. Oyuna sürətli başlayan qızlarımız rəqib Ermənistan yığmasını 68-42 hesablı darmadağına uğradıblar.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Deniz Gökçöl (21 xal, 7 ribaund) seçilib.

Xəbər xətti