Premyer Liqada oynamış futbolçu II Liqa klubunda - RƏSMİ

15:30 - 26 İyul 2024

"Şahdağ Qusar" növbəti mövsüm üçün heyətini komplektləşdirməyə davam edir.

Sportal.az xəbər verir ki, II Liqa təmsilçisi son olaraq "İmişli"nin formasını geyinmiş Ruslan Hacıyevi heyətinə cəlb edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumameyilli futbolçu ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ruslan Hacıyev "Qarabağ"ın yetirməsidir. O, Ağdam klubu ilə yanaşı, uzun müddət "Səbail"in formasını geyinib.


Xəbər xətti