Paraqvaylı "Neftçi"dən ayrılığından yazdı - FOTO

13:34 - 24 İyul 2024

"Neftçi"nin müqavilə müddətini artırmadığı və yollarını ayırdığı Dieqo Valdez instaqram hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, paraqvaylı futbolçu Bakı klubundan ayrılmağı barədə bunları yazıb:

"Hər şeyə görə çox “Neftçi”yə təşəkkür edirm. Klubun heyətində ürəklə oynamaq imkanı yaratdıqları üçün minnətdaram. Mənə ən yaxşı şəkildə necə rəftar etməyi və yönləndirməyi bacara bilən bütün həmkarlarıma, liderlərə və ən çox da tərcüməçimizə təşəkkür edirəm. Ürəkdən əbədi minnətdaram".

30 yaşlı futbolçu 2023-cü il avqustun 25-də “Neftçi” ilə üqavilə imzalamışdı. 


 

Xəbər xətti