"Sumqayıt" "Fehervar"a məğlub oldu - YENİLƏNİB

21:51 - 25 İyul 2024

Bu gün “Sumqayıt” Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu keçirilib.

Sportal.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv Macarıstanın “Fehervar” klubunu qəbul edib.

Qarşılaşma Macarıstan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

20:00 “Sumqayıt” (Azərbaycan) – “Fehervar” (Macarıstan) 1:2

Qollar: Səbuhi Abdullazadə, 18 - Tobias Kristensen, 39, Spandler, 52

Sumqayıt, Mehdi Hüseynzadə stadionu.

Baş hakim: Flerian Lyata (Albaniya)

Xəbər xətti