"Şamaxı" Küveyt klubu ilə qarşılaşacaq

16:10 - 24 İyul 2024

“Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi toplanış zamanı dördüncü yoxlama oyununu keçirəcək və bu matçda Küveytin “Əl-Yarmuk” komandası ilə qarşılaşacaq.

Qarşılaşma 26 iyul tarixində, saat 17:00-da Qəbələ şəhər stadionunda start götürəcək.

Xəbər xətti