"Qarabağ"ın potensial rəqibləri qarşılaşdı, iki qol vuruldu - VİDEO

09:49 - 25 İyul 2024

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri "Ludoqorets" və "Dinamo" (Minsk) qarşılaşıb.

Sportal.az xəbər verir ki, Razqrad şəhərində keçirilmiş matçda "Ludoqorets" rəqiibni 2:0 məğlub edib.

Cütün qalibi növbəti mərhələdə "Linkoln" (Cəbəllütariq) – "Qarabağ" duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" ilk matçda Cəbəllütariq "Linkoln" klubunu 2:0 məğlub edib. 

Xəbər xətti