PSJ 19 yaşlı futbolçu üçün 80 milyon avro ödəyəcək

19:16 - 24 İyul 2024

"Benfika"nın futbolçusu Joao Neveş karyerasını Fransada davam etdirəcək.

Sportal.az xəbər verir ki, 19 yaşlı dayaq yarımmüdafiəçisi PSJ-yə keçəcək. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

Paris təmsilçisi portuqaliyalı orta xətt oyunçusu üçün onun klubuna 80 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Joao Neveş "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü ötən mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 55 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti