UEFA reytinqi: "Qarabağ" gerilədi

16:10 - 26 Oktyabr 2024

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının Liqa mərhələlərinin bu həftə keçirilən matçlarından sonra UEFA klub reytinqi yenilənib.

Sportal.az xəbər verir ki, Bakıda "Ayaks"a 0:3 hesabı ilə məğlub olan "Qarabağ" reytinqdə 1 pillə geriləyib. Azərbaycan çempionu “Ferentsvaroş”la 58-ci pilləni bölüşür. Hər iki komandanın hesabında 32,000 xal var.

Qeyd edək ki, “Qarabağ” klub reytinqində ilk 100-lükdə yer alan yeganə Azərbaycan klubudur.

Xəbər xətti