"Real" Portuqaliya millisinin üzvünü transfer etmək istəyir

15:31 - 24 Oktyabr 2024

"Las Palmas"da çıxış edən Dario Essuqo La Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Real" portuqaliyalı dayaq yarımmüdafiəçisini transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Madrid nəhəngi 19 yaşlı futbolçu üçün onun müqavilə ilə məxsus olduğu "Sportinq"lə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Las Palmas" Dario Essuqonu mövsümün əvvəlində icarəyə götürüb. Portuqaliya U-21 millisinin üzvü La Liqa təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti