"Ayaks"ın futbolçuları Bakı gəzintisinə çıxdılar - FOTOLAR

16:12 - 24 Oktyabr 2024

"Ayaks" Avropa Liqası Liqa mərhələsinin 3-cü turu çərçivəsində bu gün "Qarabağ"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisinin kollektivi matçdan öncə Bakıda şəhər gəzintisinə çıxıblar. Bununla bağlı klubun sosial şəbəkə hesablarında paylaşım edilib.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.


Xəbər xətti