"Real"da şok itki: "El Klasiko"da oynamayacaq

15:51 - 23 Oktyabr 2024

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Belçikalı qolkiper Çempionlar Liqası Liqa fazasının 3-cü turunun "Borussiya" ilə matçında (5:2) sol ayağından zədə alıb.

32 yaşlı "əlcək sahibi" La Liqanın 11-ci turunun 26 oktyabr tarixində "Barselona" ilə keçiriləcək "El Klasiko" görüşündə komandasına kömək edə bilməyəcək.

Xəbər xətti