"Liverpul" "Barselona"ya 50 milyon avro təklif edəcək

18:35 - 21 Oktyabr 2024

"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, fransalı futbolçunu "Liverpul" trabsfer etmək istəyir. Bu barədə "El Nacional" televiziyası məlumat yayıb.

İngiltərə klubu 25 yaşlı sağ cinah müdafiəçisi üçün La Liqa nəhənginə 50 milyon avroluq təkliflə müraciət edəcək.

Qeyd edək ki, "Barselona" Jül Kundeni 2022-ci ilin yayında "Sevilya"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti