"Qarabağ"ın rəqibi bərabərə qaldı

12:18 - 21 Oktyabr 2024

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Olimpiakos” Yunanıstan Superliqasında növbəti görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, 8-ci turda “Olimpiakos” “Levadiakos”la üz-üzə gəlib.

Görüş 2:2 hesabı ilə yekunlaşıb.

Pirey təmsilçisi 15 xalla 2-ci pillədədir.

Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" görüşü yanvarın 31-də keçiriləcək və oyuna 00:00-da start veriləcək.

Xəbər xətti