"Neftçi"nin müdafiəçisi əməliyyat edildi - nə vaxt məşqlərə qoşulacaq?

15:23 - 19 Oktyabr 2024

"Neftçi"nin müdafiəçisi Azər Salahlı məşq zamanı zədələnib.

Sportal.az saytına verilən məlumata görə, 30 yaşlı müdafiəçi artıq əməliyyat olunub.

Salahlı gələn ilin əvvəlindən məşqlərə qayıda biləcək.

30 yaşlı futbolçunun “Neftçi” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.O, 2022-ci il yanvarın 1-dən “ağ-qaralar”ın formasını geyinir.

Xəbər xətti