"Tottenhem" derbidə 4 qolla qalib gəldi - VİDEO

22:05 - 19 Oktyabr 2024

İngiltərə Premyer Liqasında 8-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Tottenhem" doğma meydanda "Vest Hem"i qəbul edib. London derbisi ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 13-ə yüksəldən "Tottenhem" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 8 xalı olan "Vest Hem" isə 15-ci yerdədir.

"Tottenhem" - "Vest hem" 4:1
Qollar:
Deyan Kuluşevski, 36, Bissuma, 52, Alfons Areola, 55 (avtoqol), Son Hın-min, 60, 

Xəbər xətti