PSJ alman futbolçu üçün 150 milyon avro ödəməyə hazırdı

21:54 - 21 Oktyabr 2024

"Bayer"in futbolçusu Florian Virts karyerasını Fransada davm etdirə bilər.

Sportal.az xəbər verir ki, PSJ 21 yaşlı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Paris təmsilçisi İngiltərə klublarının da diqqət mərkəzində olan alman oyunçu üçün 150 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Florian Virts bu mövsüm "Bayer"in heyətində meydana çıxdığı 11 rəsmi matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti