"Qarabağ"ın rəqibi qələbə qazana bilmədi

09:22 - 20 Oktyabr 2024

“Qarabağ” ın Avropa Liqasının əsas mərhələsindəki rəqibi Norveçin “Bode-Qlimt” klubu ölkə çempionatında növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, 25-ci tur çərçivəsində “Bodo-Qlimt” səfərdə “Tromso” ilə qarşılaşıb.

Görüş 0:0 hesabı ilə yekunlaşıb. Hazırda turnir cədvəlinə 54 xalla “Qarabağ”ın rəqibi başçılıq edir.

Əlavə edək ki, “Bodo-Qlimt” – “Qarabağ” görüşü noyabrın 7-də keçiriləcək və oyuna Bakı vaxtı ilə 21:45-də start veriləcək.

Xəbər xətti