"Poqba əla oyunçu idi, amma indi başqa planlarımız var"

21:22 - 20 Oktyabr 2024

"Yuventus"un direktoru Kriştiano Giuntoli yarımmüdafiəçi Pol Poqbanın Turin klubundan ayrılacağını təsdiqləyib. 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, klub rəsmisi fransalının qışdan sonra komandada qalmayacağını bildirib:

"Poqba əla oyunçu idi, amma indi başqa planlarımız var. Biz müxtəlif oyunçulara sərmayə qoymuşuq və komandamız artıq tam hazırdır".

31 yaşlı futbolçunun “Yuventus”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
 

Xəbər xətti