Argentinalı forvard "Milan"a keçə bilər

23:22 - 20 Oktyabr 2024

“Milan” heyətini forvardla gücləndirmək istəyir.

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, “rossonyerlər” “Latsio”nun hücumçusu Valentin Kastelyanosu transfer etməyi planlaşdırır.

Milan klubunun rəhbərliyi 26 yaşlı argentinalı üçün hərəkətə keçib. Cənubi amerikalının komandanı tərk edib-etməyəcəyi özünün verəcəyi qərardan asılıdır. 

2023-cü il iyul ayında “Latsio”ya keçən Vastelyanosun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

“Tati” ləqəbli hücumçu karyerası ərzində “Universidad De Çili”, “Torke”, “Nyu-York Siti”, “Jirona” komandalarında oynayıb.
 

Xəbər xətti