Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli formasını geyindiyi “Astana”da məşqçilər korpusuna cəlb edilib.
Sportal.az xəbər verir ki, millimizin üzvü Qazaxıstan klubunda qapıçılar üzrə məşqçi təyin olunub.
Bununla yanaşı, o, özü də “Astana”nın qapısını qoruyacaq.
Qeyd edək ki, millimizin qolkiperi iyul ayında "Astana" ilə müqavilə imzalamışdı.
33 yaşlı qolkiper bundan əvvəl "Atırau"da oynayırdı.
saytlarin hazirlanmasi