Estoniyalı Azərbaycanla oyunu xatırladı: "Maksimum konsentrasiya var idi"

13:22 - 20 Oktyabr 2024

Estoniya yığmasının yarımmüdafiəçisi İoan Yakovlev Millətlər Liqasının C1 qrupunun 3-cü turunda Tallində Azərbaycan yığması üzərində qazandıqları qələbəni (3:1) xatırlayıb.

Sportal.az “ERR”ə istinadən xəbər verir ki, millimizə vurulan qollardan birinin müəllifi olan futbolçu matç barədə belə danışıb:

“Azərbaycanla oyunda məqsədimiz qələbəyə oynamaq idi. Bu oyunda maksimum konsentrasiya var idi. Minimum vəzifəmizi yerinə yetirdik. İsveçlilərə gəlincə, biz başa düşürük ki, bu komanda tamam başqa səviyyədədir”.

Xəbər xətti