"Qəbələ"nin legioneri: "Hər matçda əsas məqsəd yalnız qələbə qazanmaqdı"

09:34 - 21 Oktyabr 2024

"Qəbələ"nin hücumçusu Abdullahi Şuaybu klubun mətbuat xidmətinə açıqlama verib.

Sportal.az xəbər verir ki, Birinci Liqanın 5-ci turunun "Difai"(1:0) ilə görüşündə komandasının yeganə qolunu vuran nigeriyalı matçı bu cür şərh edib:

"Oyuna hazırlığımız yüksək səviyyədə keçmişdi. Təcrübəli baş məşqçimizin tapşırıqlarını yerinə yetirməklə növbəti qələbəmizi qazandıq. Komandamız hər mənada yaxşı vəziyyətdədir. Bütün oyunlara maksimum gücümüzlə hazırlaşırıq. Hər matçda əsas məqsədimiz yalnız qələbə qazanmaqdır. Artıq “Qəbələ”nin heyətində üçüncü dəfə fərqləndim. Bunu ardını gətirmək və qollarımın sayını artırmaq üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, "Qəbələ" 5 turdan sonra 13 xalla ikinci pillədədir. Lider isə 15 xalla "Karvan"dır.

Xəbər xətti