Kurban Berdiyev: "İndi daha müdrik oynamağa başlamışıq"

22:28 - 20 Oktyabr 2024

"İki fərqli hissə izlədik. "Zirə" ilə ilk hissədə pis oynadıqsa, ikinci hissə əvəzetmələrdən sonra yaxşı oynamışdıq. Bu dəfə tam əksi oldu. Səbəbini axtaracağıq".

Sportal.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 10-cu turunun "Sumqayıt"la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

- Komandanın müdafiə planında zəiflədiyini düşünürsüz?

- Yalnız müdafiəni götürmək olmaz. Müdafiə bütün komanda deməkdir. Burada da problemlər var idi.

- Birdən-birə 4 əvəzetməni niyə etdiz?

- Bir az yeniləmək istədik. Rəqib boşluqlar tapırdı. Buna görə əvəzetmələr etdik. Təəssüf ki, düşündüyümüzdən fərqli oldu. Ancaq "Zirə" ilə oyunda məhz bu oyunçular fərq yaradıb, xeyir vermişdilər.

- "Sumqayıt” matça yeni baş məşqçi ilə çıxmışdı. Bu, nəticəyə nə dərəcə təsir etdi?

- "Sumqayıt" haqda danışmayacağam.

- Avqustda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlmişdinizsə, bu dəfə 4 qolluq qələbə qeydə alındı. "Turan Tovuz"un böyüdüyünü hiss edirsiz?

- İki oyunu müqayisə etsək, indi daha müdrik oynamağa başlamışıq. Həm hücumda, həm də müdafiədə belədir. Tovuzda da, burada da ikinci hissənin əvvəlini uduzmuşduq.

Mirbağırağa

Xəbər xətti