ABL-də birinci tura yekun vurulur: "Sabah" ilk oyununa çıxır

12:22 - 20 Oktyabr 2024

Bu gün Azərbaycan Basketbol Liqasında birinci tura yekun vurulacaq.

Sportal.az xəbər verir ki, son oyun günündə üç matç baş tutacaq.

A qrupunda yer alan "Sabah" "Sərhədçi"ni sınağa çəkəcək. B qrupunda isə "Şəki" "Quba"nı, "Sumqayıt" isə "Ordu"nu qəbul edəcək.

Qeyd edək ki, II turun matçları oktyabrın 22-dən 27-dək keçiriləcək.

Azərbaycan Basketbol Liqası
I tur
20 oktyabr
A qrupu
12:30. "Sabah" - "Sərhədçi"
Bakı İdman Sarayı

B qrupu
14:00. "Şəki" - "Quba"
Şəki OİK

20:00. "Sumqayıt" - "Ordu"
Sumqayıt OİK

Xəbər xətti