Diniyev oynadı, komandası qalib gəldi - VİDEO

11:47 - 20 Oktyabr 2024

Türkiyə 1-ci Liqasında IX turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, millimizin futbolçusu Coşqun Diniyev də növbəti matçına çıxıb.

Onun şərəfini qoruduğu "Bandırmaspor" "Fatih Karagümrük"ü qəbul edib. Meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

Start heyətində yer alan Coşqun 73-cü dəqiqədə əvəzlənib. Qeyd edək ki, "Bandırmaspor" 15 xalla 4-cü pillədə qərarlaşıb.

Xəbər xətti