Hüseynov oynadı, komandası ÇSKA-ya qalib gəldi

12:34 - 22 Oktyabr 2024

Azərbaycanın U-21 yığmasının üzvü Cəlal Hüseynov formasını geyindiyi "Arda"da növbəti matçını keçirib.

Sportal.az xəbər verir ki, onun komandası Bolqarıstan çempionatının 8-ci turunda ÇSKA ilə qarşılaşıb. 

Təxirə salınmış görüşdə "Arda" 2:1 qalib gəlib. Yığmamızın müdafiəçisi matçın 70-ci dəqiqəsində meydana buraxılıb.

Qeyd edək ki, "Arda" 12 turdan sonra 18 xalla 6-cı pillədədir. 

Xəbər xətti