Neymar 1 il sonra yaşıl meydanlara qayıtdı - VİDEO

22:49 - 21 Oktyabr 2024

"Əl-Hilal"ın futbolçusu Neymar 1 il sonra yaşıl meydanlara qayıdıb.

Sportal.az xəbər verir ki, braziliyalı vinger A Siya Çempionlar Liqasının 3-cü turunun "Əl-Ayn"la matçında iştirak edib. 32 yaşlı ön xətt oyunçusu 77-ci dəqiqədə Nasser Əl-Davsarinin əvəzinə oyuna daxil olub.

9 qolun vurulduğu qarşılaşma "Əl-Hilal"ın 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Neymar ötən ilin oktyabr ayında DÇ-2026-nın seçmə mərhələsinin Uruqvayla oyununda dizindən zədə almışdı.

Xəbər xətti