"Nyukasl" milli üzvü üçün 80 milyon funt-sterlinq təklif edəcək

14:40 - 19 Oktyabr 2024

"Kristal Pelas"ın müdafiəçisi Mark Qei İngiltərə Premyer Liqasında klubunu dəyişməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Nyukasl" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Sağsağanlar" yanvar ayında 24 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna 80 milyon funt-sterlinqlik rəsmi təkliflə müraciət edəcək.

Qeyd edək ki, "Kristal Pelas" Mark Qeini 2021-ci ilin yayında "Çelsi"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti