"Gəncə" "Lənkəran"a qalib gəldi

19:35 - 19 Oktyabr 2024

Azərbaycan Basketbol Liqasında I turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

A qrupunda NTD "Abşeron"u qəbul edib. Gərgin keçən oyunda qonaq komanda 75:69 hesablı qələbə qazanıb.

Mövsümün paytaxtdan kənardakı ilk qarşılaşması Lənkəranda keçirilib. B qrupunda çıxış edən eyniadlı komanda "Gəncə" ilə üz-üzə gəlib. Bu görüşdə qonaqlar 90:75 hesablı qələbə əldə ediblər.

Xəbər xətti