"Mançester Siti" italiyalını transfer etmək istəyir

13:34 - 21 Oktyabr 2024

"Mançester Siti" "Torino"nun futbolçusu Samuele Riccini transfer etməyi planlaşdırır.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, “şəhərlilər” italiyalı yarımmüdafiəçi üçün artıq hərəkətə keçib.

Xosep Qvardiola Riccini mövsümün sonuna qədər sıradan çıxmış Rodrinin əvəzləyicisi kimi komandaya gətirilməsini istəyir. 

Amma bu elə də asan olmayacaq. Məsələ burasındadır ki, 23 yaşlı futbolçu "Real"ın da transfer siyahısındadır.

Yaxın vaxtlarda onun hansı komandadan yana seçim edəcəyi dəqiqləşəcək. Çünki "Mançester Siti" onun transferini qışda reallaşdırmaq niyyətindədir.

Riccinin “Torino” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. "Empoli"nin yetirməsi olan Samuelenin transfer dəyəri 28 milyon avrodur.

Xəbər xətti