Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevə Portuqaliyanın “Eştrela Amadora” klubundan təklif olması haqda xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, portuqallar 23 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır. Portuqaliya təmsilçisi Əliyev üçün qarşı tərəfə 300 min dollara yaxın pul təklif edəcək.
Hazırda Albaniyada çempionluq uğrunda mübarizə aparan “Eqnatiya”nın Əliyevi satıb-satmayacağı qışda dəqiqləşəcək.
Qeyd edək ki, “Eştrela Amadora” millimizin üzvünü yayda heyətinə qatmaq istəsə də, “Eqnatiya” müəyyən məbləğ qarşılığında onu satmağa razı olmuşdu. Əliyev bu yaykeçdiyi “Eqnatiya” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.