"Milli ruh və birlik olmasa, nəticələr də mümkün deyil"

15:22 - 20 Oktyabr 2024

"Vəziyyət acınacaqlı olsa da, qəbul etməliyik ki, qrupdakı bütün oyunları uduzmuşuq. Təəssüf ki, nəticə belə oldu. Fernandu Santuş gələndə də, düşünürdüm ki, aşağı-yuxarı hər şey eyni şey olacaq. Nəticələrin də eyni olacağını düşünürdüm. Millimizdə azərbaycanlı məşqçi işləməlidir. Ona da vaxt verilməlidir ki, rahat işləyib, öz istədiyi komandanı qursun. Azərbaycanlı məşqçi gəlsəydi, ona vaxt verilsəydi, daha yaxşı olacaqdı. Bundan pis olmayacaq. Yaxşı olacaqdı ki, pis olmayacaqdı".

Bu sözləri Sportal.az saytıına açıqlamasında Azərbaycan millisinin veteran futbolçusu Rahid Əmirquliyev deyib.

Yığma komandamızda uzun illər oynamış Əmirquliyev hazırkı nəticələri şərh edib. O, milli komandamızın potensiallı futbolçulardan təşkil olunması məsələsi haqda isə bunları deyib:

"Bu söhbət tez-tez olur. Millimizdə yaxşı futbolçular var. Cavan və potensiallı oyunçulara sahibik. Xaricdə oynayanlarımız da az deyil. Nə qədər potensiallı və güclü olsalar belə, komandada milli ruh, birlik olmasa, nəticələr də mümkün deyil. Amma yenə deyirəm, bizim millimiz indi yaxşı heyətə malikdir. Sadəcə ən pisi odur ki, nəticə yoxdur. Bunun da bir səbəbi olmalıdır. Onu da araşdırıb, nə problemdirsə, aradan qaldırmaq lazımdır".

Mirbağırağa

Xəbər xətti