Niderland millisinin hücumçusu "Yuventus"a keçir

18:39 - 22 Oktyabr 2024

"Mançester Yunayted" yayda transfer etdiyi Coşua Zirkzenin performansından məmnun deyil

Sportal.az xəbər verir ki, niderlandlı hücumçu yenidən İtaliya A Seriyasında çıxış edə bilər. Bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" 23 yaşlı forvardı "Yuventus"a icarəyə verməyi planlaşdırır. Futbolçu özü də sabiq baş məşqçisi Tiaqo Mottanın rəhbərliyi altında çıxış etməyə isti yanaşır.

Qeyd edək ki, "Mançester Yunayted" Coşua Zirkzeni mövsümün əvvəlində "Bolonya"dan 42,5 milyon avroya transfer edib. Niderland millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti