"Sabah"ın legionerləri Latviya və Ukrayna millilərinə dəvət aldı

17:43 - 22 Oktyabr 2024

"Sabah" Basketbol Klubunun 3 üzvü milli komandalara dəvət alıb.

Sportal.az xəbər verir ki,  Artyoms Butyankovs və Klavs Cavars Avropa çempionatının təsnifat oyunları üçün Latviya, Andrey Voynaloviç isə Ukrayna millisinin düşərgəsinə çağırılıb.

Qeyd edək ki, 22-25 noyabr aralığında keçiriləcək seçmə oyunlarda Latviya millisi Belçika, Ukrayna isə İsrail yığması ilə qarşılaşacaq.

Xəbər xətti