Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi İsmail Yakobs sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Seneqallı futbolçu Super Liqanın 9-cu turunun "Antalyaspor"la səfər matçında ( 3:0) ayaq əzələsindən zədələnib. 25 yaşlı sol cinah müdafiəçisinin 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "qalatasaray" İsmail Yakobsu bu ilin sentyabr ayında "Monako"dan transfer edib. Seneqal millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi