"Mançester Yunayted" 17 yaşlı yarımmüdafiəçi transfer etmək istəyir

18:16 - 22 Oktyabr 2024

"Mançester Yunayted" qışda yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sanderlend"də çıxış edən Kris Riqqi transfer etmək istəyir. Bu barədə "Daily Express" nəşri məlumat yayıb.

"Mançester Yunayted" 17 yaşlı yarımmüdafiəçini qış transfer pəncərəsi zamanı heyətinə cəlb etmək üçün onun klubuna rəsmi təkliflə müraciət edəcək.

Qeyd edək ki, Kris Qiqq "Sanderlend"in yetirməsidir. İngiltərə U-18 millisinin üzvü bu mövsüm Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti