"Qalatasaray" Çexiya millisinin üzvü ilə maraqlanır

19:20 - 22 Oktyabr 2024

Türkiyənin "Qalatasaray" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, istanbul təmsilçisi "Vest Hem"də çıxış edən Vladimir Kufalı transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Qalatasaray" London klubu ilə müqaviləsi mövsümün sonunda başa çatan çexiyalı sağ cinah müdafiəçisini qışda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, "Vest Hem" Vladimir Kufalı 2020ci ilin oktyabr ayında "Slaviya"dan transfer edib. 32 yaşlı futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti