"Yuventus" portuqaliyalı üçün 33 milyon avro ödəyəcək

17:24 - 22 Oktyabr 2024

"Yuventus" "Portu"dan icarəyə götürdüyü Fransisko Konseyçao ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı vingerin transfer hüququna yiələnəcək. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

A Seriyası nəhəngi 21 yaşlı ön xətt oyunçusu üçün Portuqaliya klubuna 33 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Yuventus" Fransisko Konseyçaonu mövsümün əvvəlində icarəyə götürüb. Portuqaliya millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 4 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti