"Zirə"nin rəhbəri Qətər klubunun rəsmiləri ilə görüşdü

15:56 - 22 Oktyabr 2024

Qətərdə səfərdə olan “Zirə” PFK-nın idarə heyətinin sədri Orxan Məmmədov bu ölkənin “Ər-Rayyan” klubunun rəsmiləriylə görüşüb.

Sportal.az xəbər verir ki, qətərlilərin vitse-prezidenti Ali Salem Afifa və idman direktoru Mohammed Alatvaanla görüşdə müxtəlif fikir mübadilələri aparılıb və təcrübələr bölüşülüb. Görüş zamanı komandaların gələcəkdə bir-birləriylə yoxlama oyunu keçirmə perspektivi də müzakirə edilib.

Tərəflər daha sonra isə Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Ər-Rayyan” - “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) oyununu izləyiblər.


Xəbər xətti