"Messi ən yaxşı olsa da, Neymarın oyun tərzini çox sevirdim"

20:09 - 22 Oktyabr 2024

"Barselona"nın futbolçusu Lamin Yamal idealı olan futbolçunu açıqlayıb.

Sportal.az xəbər verir ki, La Liqanın mətbuat xidmətinə danışan 17 yaşlı vinger Neymarın oyun tərzini çox bəyəndiyini bildirib:

"Uşaqlıqda idealım Neymar idi. Lionel Messi ən yaxşı olsa da, Neymarın oyun tərzini çox sevirdim".

Qeyd edək ki, Lamin Yamal "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü olan gənc oyunçu bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti