"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı

20:59 - 22 Oktyabr 2024

İngiltərənin "Nyukasl" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Antoni Qordonla sözləşmənin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin üzvü ilə uzunmüddətli müqavilə imzalandığı qeyd olunub.

Qeyd edək ki, "Nyukasl" Antoni Qordonu ötən ilin yanvar ayında "Everton"dan transfer edib. 23 yaşlı vinger bu mövsüm "sağsağanlar"ın heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti