Totti karyerasını bərpa edə bilər: "Təkliflər gəlib"

10:47 - 23 Oktyabr 2024

"Roma"nın və İtaliya millisinin əfsanəvi futbolçusu Françesko Totti peşəkar karyerasını bərpa edə biləcəyini istisna etməyib. 

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, veteran futbolçu məsələ haqda bunları deyib:

"Mənə İtaliya çempionatındakı klublardan təkliflər gəlib. Karyeramı bərpa etməyim üçün mənə ağlasılmaz təkliflər göndərirlər. Bunu etiraf edə bilərəm. Bu çətin olardı, amma həyatda heç vaxt “heç vaxt” demə. Elə futbolçular var ki, karyerasını başa vurub, ancaq uzun illərdən sonra geri qayıdıb. Bu həm də oynadığınız komandadan asılıdır. Amma A Seriyasına qayıtmaq istəsəm, iki-üç ay yaxşı məşq etməliyəm. Bundan sonra hazır olardım".

Qeyd edək ki, Totti 2017-ci ildə aktiv futbolçu karyerasını başa vurub. O, 1992-2017-ci illərdə yalnız “Roma”da oynayıb. 619 matça 250 qol vurmuşdu.

Xəbər xətti