Niderlandın “Ayaks” klubunun baş məşqçisi Françesko Farioli Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda “Qarabağ”la Bakıda keçirəcəkləri oyun ərəfəsində komandanın hücumçusu Stiven Berquisin durumundan danışıb.
Sportal.az “Voetbal Iinternational”a istinadən xəbər verir ki, gənc mütəxəssis Amsterdam klubunun aparıcı futbolçusunun Bakıya gəlməyəcəyini bildirib:
“Ümid edirəm ki, Berquis yaxşı həftə keçirəcək. O, bizimlə Bakıya getməyəcək. Sağalması və son addımları atmaq üçün Niderlandda qalacaq”.
Qeyd edək ki, “Qarabağ” - "Ayaks" matçı oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:45-də start veriləcək.
saytlarin hazirlanmasi